Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 25-27-də Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcək.

Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Bundan başqa Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində bu idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi də əsas hədəflərdən biridir. Perspektivli yeniyetmə ağır atletlərin aşkar olunaraq yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinə cəlb olunacaq. Daha sonra isə onların beynəlxalq yarışlara hazırlanmasına şərait yaradılacaq.