“Zirə” yarımmüdafiəçisi Ahmed Ayzaya ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Zirə” nigeriyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Ahmed Ayzaya bu ilin fevralında “Zirə” ilə 1,5 illik sözləşmə imzalamışdı. Lakin ona bəslənilən ümidləri doğrultmayan futbolçunun komandada qalmasına ehtiyac duyulmayıb.
“Zirə” daha öncə Brayan Alseus, Davit Volkov və Ağabala Ramazanovla da yollarını ayırmışdı. Mirsahib Abbasov, Slavik Alxasov və Rəhim Sadıxovu transfer edən paytaxt klubu, Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann və Sərtan Taşkınla da yeni müqavilə bağlayıb.


