Alan Şirer: “MY Markus Raşfordla bağlı fəsadı tezliklə çözməlidir”

Əfsanəvi ingilis futbolçu Alan Şirer hesab edir ki, “Mançester Yunayted” Markus Raşfordla bağlı vəziyyəti tez bir zamanda həll etməlidir.

Arena.az xatırladır ki, son oyunlarda Raşford komandanın portuqal baş məşqçisi Ruben Amorimin qərarı ilə “qırmızı şeytanlar”ın iştirak etdiyi oyunlarda heyətə daxil edilmirdi:

“Əgər Markus oynamaq istəmirsə, çalışdırıcı da onun oynamasını istəmirsə, bu, klub üçün sağlam vəziyyət deyil. Əgər bu, həqiqətən də belədirsə, hər iki tərəf bunu mümkün qədər tez həll etsələr, daha yaxşı olar. Amma müqavilə üzrə külli miqdarda puldan danışdığımızı nəzərə alsaq, bunu demək, icra etməkdən daha asandır”, deyə Alan Şirer vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in Raşfordu qarşıdakı qış transfer pəncərəsində satmağa hazır olduğu haqda məlumat yayılmış, Raşford isə yeni çağırışa – “Mançester Yunayted”i tərk etməyə hazır olduğunu bildirmişdi. İngilis hücumçunun xidmətində maraqlı klublar olsalar da, maaşının yüksək olması səbəbindən futbolçu ilə danışıqlara girmirlər. Bu səbəbdən “Mançester Yunayted”in Raşfordu qarşıdakı qış transfer pəncərəsində sata bilməyəcəyi təxmin edilir.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.