Aleks De Souza Alkantara “Turan Tovuz”da – Rəsmi

“Turan Tovuz” klubu heyətini yeni hücumçu, Braziliyadan olan mərkəz forvardı Aleks De Souza Alkantara ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu ilə 2,5 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Aleks De Souza Alkantara Braziliyanın “Santos” klubunun yetirməsidir. 22 yaşlı forvard karyerası ərzində Türkiyənin “Boluspor”, Litvanın “Hegelman” klublarının da formasını geyinib.

Bu, “Turan Tovuz”un qış fasiləsindəki ilk transferidir. Buna qədər Tovuz klubu Sərtan Taşkını Türkiyənin “Manisa” klubuna göndərdiyini açıqlamışdı.