Aleksander Çeferin: “Florentino Peres axmaq və irqçidir”

Mətubatda, UEFA prezidenti Aleksander Çeferinin “Real”ın prezidenti Florentino Peres haqda səsləndirdiyi fikirləri gündəm olub.

Arena.az “The Objective” dərgisinə istinadən məlumat verir ki, UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının o vaxtkı prezidenti Luis Rubialeslə şəxsi yazışmasında “Real”ın prezidenti Florentino Peresi “axmaq və irqçi” adlandırıb.

Müvafiq yazışma “The Objective” dərgisi tərəfindən necəsə əldə edilərək, ictimailəşdirilib.

Mənbənin məlumatına görə, Çeferin müvafiq məzmunlu ismarışını 2019-cu ildə, Peres Avropa Super Liqasının yaradılmasının tərəfdarı olduğu zaman Rubialesə göndərib. Xatırladaq ki, UEFA rəhbəri bu təşəbbüsə açıq şəkildə cavab verərək belə bir layihənin Avropa futboluna mənfi təsir göstərəcəyini bildirmişdi. Ardınca isə Çeferin Florentino Peres haqda müvafiq məzmunlu ismarışımı Luis Rubialesə göndərib.
Bu sözlərdən bir neçə saat sonra Rubiales Ceferinə yazıb ki, İspaniya mətbuatı onu çətin vəziyyətə salır, çünki onlar Super Liqa məsələsində dəqiq mövqe tutmasını və Peresə münasibət bildirməsini istəyirlər. Xüsusilə Rubiales Ceferinə yazıb: “Biz güclü olmağa davam edəcəyik. Mənim üçün çətindir, amma bunu etmək gərəkdir”.

Hazırda tərəflərdən müvafiq xəbərə dair heç bir şərh verilməyib. Mətbuat vurğulayır ki, bu məsələ sübuta yetirilərsə, böyük biabırçılıq olacaq. Luis Rubialesin arıtq, “öpüş qalmaqalı” ilə özünü biabır etdiyi bildirilir. UEFA prrezidentinin isə başına nə gələcəyi maraqla gözlənilir.