Aleksandr Sörlot “Leypsiq”i “Real Sosyedad”a dəyişdi

Almaniyanın “Leypsiq” klubunun hücumçusu Aleksandr Sörlot karyerasını İspaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, norveçli hücumçu “Real Sosyedad” klubuna keçib.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi Sörlotu mövsümün sonuna qədər icarəyə götürüb.

Aleksandr Sörlot 2020-ci ilin yayından “Leypsiq”də çıxış edir. Norveç yığmasında 32 oyun keçirib, 11 qol vuran hücumçu, karyerası ərzində “Rusenborq”, “Bodo Qlimt”, “Qroningen”, “Midtyulland”, “Kristal Pelas”, “Gent” və “Trabzonspor” kiimi klublarda da forma geyinib.