Aleksis Salemakers “Milan”la yeni müqavilə bağladı

İtaliyanın “Milan” klubu yarımmüdafiəçisi Aleksis Salemakers ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir. Belçikalı yarımmüdafiəçi ilə əvvəlki sözləşmə 2024-cü ilə kimi nəzərdə tutulmuşdu.

Aleksis Salemakers ölkəsinin “Anderlext” klubunun yetirməsidir. “Milan” onu 2020-ci ilin yanvarında satınalma şərti ilə icarəyə götürmüşdü. İtaliya klubu gənc futbolçunu 2020-ci ilin iyulunda birdəfəlik transfer etmiş və 4 illik müqavilə bağlamışdı.

Belçika yığmasının da üzvü olan futbolçu milanlıların heyətində indiyə qədər 64 oyuna çıxıb və 4 qol vurub. O, bu mövsüm “Milan”ın heyətində 9 oyuna çıxıb.