Aleş Qarsiya “Bayer”də

İspaniya milli komandasının və “Jirona”nın mərkəz yarımmüdafiəçisi Aleş Qarsiya bundan sonra karyerasını “Bayer”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Leverkuzen təmsilçisi ispan yarımmüdafiəçini 18 milyon avro qarşılığında heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Aleş Qarsiya peşəkar karyerasına “Vilyarreal”da başlayıb. O, “Mançester Siti”, “Muskron”, “Dinamo” (Buxarest), “Eybar” kimi klublarda da forma geyinib. “Jirona”da 172 oyun keçirmiş yarımmüdafiəçi 8 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Aleş, 2023-cü ildə əsas millidə də debüt edib və 2 oyuna çıxıb.

Xatırladaq ki, “Bayer” Qarsiyadan öncə Fransanın “Renn” klubunun müdafiəçisi Januel Belosyanı da transfer etmişdi.