Alessandro Bastoni: “Mançester Siti”, biz sizdən qorxmuruq”

“İnter”in müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasında “Mançester Siti”yə qarşı final oyunu öncəsi gözləntilərini bölüşüb.

Arena.az “Football Italia”ya istinadən Bastoninin fikirlərini diqqətinizə çatdırır:

“Çətin oyun olacaq. Biz əzmkarıq və belə bir oyunda iştirak imkanımız olduğu üçün xoşbəxtik.

Mən oğrulardan və qatillərdən qorxuram, amma yaşıdlarımdan (“Mançester Siti” oyunçularını nəzərdə tutur) yox. Meydana çıxaraq bacardığımız kimi oynamalıyıq. “Siti”nin favorit olması normaldır. Bizim isə qorxumuz yoxdur. Biz onları dayandırmağa çalışacağıq.
“Mançester Siti” yalnız Erlinq Haland demək deyil. Onların siyahısında bizə problem yarada biləcək çoxlu oyunçu var. İlk yarımfinal oyununda Antonio Rüdigerin Erlinqin başının üstünü necə kəsdirdiyini gördüm. Bu nümunədən istifadə etməyə çalışacağam.
Çox kiçik yaşlarımızdan hamımız belə bir qarşıdurmada oynamaq arzusunda olmuşuq. Meydana çıxacağım anı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 10-da keçiriləcək. Qarşılaşma İstanbulda, “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq.