Alexandro Qarnaço buna görə Lionel Messinin qəzəbinə tuş gəlib

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “qırmızı şeytanlar”ın argentinalı sol vingeri Alexandro Qarnaço haqda danışıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Ferdinand gənc futbolçunun Argentina yığmasının kapitanı Lionel Messi ilə münasibəti haqda məqama toxunub:

“Bilirsiniz onda nə xoşuma gəlir? Onun vecinə deyil. Qarnaço mənə dedi ki, Messi yalnız Ronaldonu dəstəklədiyi üçün onu izləməyi dayandırıb. O, çıxır və əhəmiyyət vermir. O, deyir: “Mən Ronaldonun azarkeşiyəm. Kim daha yaxşıdır? Ronaldo”. Hətta Argentina millisində olanda belə”, deyə Ferdinand gənc futbolçu haqda rəğbətlə danışıb.

Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko” (Madrid) futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib. Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qarnaço “qırmızı şeytanlar”ın heyətində 17 oyuna 2 qol vurub. Argentinalı vingerin İngiltərə nəhənginin heyətində ümumi çıxışı rəqmlərin gözü ilə belə mənzərə yaradır: 53 oyun, 7 qol, 5 məhsuldar ötürmə.

Perspektivli gənc vinger “Mançester Yunayted”lə İngiltərə Liqa Kubikunu (2023) qazanıb.

Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 3 oyun keçirib, 51 dəqiqə meydanda olub. məhsuldar fəaliyyətin ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı Alexandro Qarnaçonu 25 milyon avro məbləğində qiymətləndirir.