“Neftçi”nin legioner futbolçusu Alfa Konte şərəfini qoruduğu Syerra Leone millisinin düşərgəsinə yollanmayacaq.
Arena.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna yığmanın oyunlarının ləğv olunması səbəb göstərilib.
Syerra Leone millisi martın 22-də və 25-də müvafiq olaraq Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli idi. Lakin hər iki komanda sözügedən matçlardan imtina edib.
Xatırladaq ki, Alfa Konte bu ilin yanvar ayında Plovdiv “Lokomotiv”indən “Neftçi”yə transfer olunub. 23 yaşlı vinger paytaxt təmsilçisində 8 oyun keçirsə də, hələ fərqlənə bilməyib. O, ötən ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığma komandasında da cəmi 2 matça çıxıb.