Bolqarıstanın “Lokomotiv” klubunun və Syerra Leone milli komandasının sol cinah vingeri Alfa Konte “Neftçi”yə keçib.
Arena.az xəbər verir ki, bunu Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında deyib.
Klub rəsmisi 23 yaşlı vingerin keçidində Azərbaycan klubu ilə anlaşdıqlarını təsdiqləyib. Kontenin “ağ-qaralar”a transferi rəsmiləşdirmək üçün bu həftə Bakıya gələcəyi vurğulanıb.
Alfa Konte ötən ilin mart ayından Plovdiv “Lokomotiv”ində forma geyinir. O, bu komandanın heyətində meydana çıxdığı 21 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Konte 2023-cü ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığmasında cəmi 2 oyuna çıxıb, fərqlənə bilməyib. “Neftçi”nin yeni transferi “Lokomotiv”dən öncə İsrail klublarında da legioner həyatı yaşayıb.