Alfonso Dominqes də qələbə ilə başladı

Azərbaycan boksçusu Alfonso Dominqes İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan boksçumuz 1/32 finalda israilli Yan Zakla üz-üzə gəlib.

Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Alfonso Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.

Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyir. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8 final, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəliblər.