“Yuventus”un qadınlardan ibarət komandasının isveçrəli hücumçusu Alişa Lemann qadın futbolunda maaşlar haqda söhbət açıb.
Arena.az “RMC Sport” nəşrinə istinadən, qadın futbolçunun bu barədə fikrini təqdim edir:
“Məşqdən sonra mən tez-tez Duqlasa (Duqlas Luis) bunun ədalətsiz olduğunu deyirəm. Eyni işi görürük, amma o, məndən yüz dəfə çox qazanır. Əməyə bərabər dəyər verilməsi – məni narahat edən məsələdir, çünki mən qadınam. Komanda yoldaşlarımla İtaliya qadın futbolunu inkişaf etdirməyə, qadınları dəstəkləməyə çalışa bilərik. Amma mən həmişə bunun bir axın olduğunu düşünürəm. Bizə vaxt gərəkdir”, – deyə Alişa Lemann vurğulayıb.
Xatırladaq ki, daha əvvəl “Yuventus”a Lemanın aşiqi olan braziliyalı dayaq yarımmüdafiəçisi Duqlas Luis keçmişdi. Mətbuat Lemanın “Yuventus”a keçidini isə braziliyalı futbolçunun Turin klubuna keçidi ilə bağlı müqavilənin bir hissəsi olduğunu yazır.