“Liverpul”un amerikalı keşmiş qapıçısı Bred Fridel “qırmızılar”ın braziliyal əsas qapıçısı Alisson Bekker haqda söhbət açıb.
Arena.az amerikan qapıçının müvafiq açıqlamasını təqdim edir:
“Alisson klubun ən görkəmli oyunçularından biridir. Təkbətək vəziyyətlərdə o qədər yaxşı oynayır ki, yüksək müdafiə xətti ilə oynayıb onun orada olduğunu bilmək olar”, deyə Bred Fridel vurğulayıb.
Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Hazırda zədədən əziyyət çəkən qolkiper cari mövsümdə “Liverpul” üçün 9 oyun keçirib, 12 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.
Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 307 oyun, 281 buraxılmış qol, 129 “quru” oyundan ibarətdir.
Alisson Avropada klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020, 2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020). “İnternasyonal”la isə Alisson Qauşu Çempionatının (Braziliyanın Riu-Qrandi-du-Sul ştatının çempionatı) dördqat (2012/2013, 2013/2014, 2014/2015, 2015/2016) qalibi olub.
Alisson Bekker 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 76 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 33 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


