Allan “Everton”u BƏƏ klubuna dəyişdi

Futbol üzrə Braziliya yığmasının yarımmüdafiəçi Allan İngiltərənin “Everton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubuna keçib. 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Allan 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, bu komandanın heyətində 57 oyuna çıxıb və cəmi 3 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “Vasko da Qama”da başlamış yarımmüdafiəçi, Avropada “Napoli” və “Udineze” kimi komandaların da formasını geyinib.

Tam adı Allan Markes Loureyro olan futbolçu Braziliya yığmasında cəmi 10 oyun keçirib.