“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 33-cü turunun “Kalyari” ilə səfər oyununu (2:2) şərh edib.
Arena.az xatırladır ki, “qoca sinyora” 0:2 hesabı ilə geridə olduğu oyunda güc-bəla ilə məğlubiyyətdən qurtularaq, 1 xalını qazanıb.
“Yeddi əks-hücum buraxdıq və səhvlər etməyə davam etdik. Mübarizə aparmalıydıq, amma oyuna girmədik və texniki baxımdan hər cür səhvlərə yol verdik. İkinci hissədə oyun dəyişdi və biz yaxşılaşdıq. Oyunun başlanğıcını rəqibinizə verə bilməzsiniz. Bəxtiniz gətirsə, 0:0 oynayacaqsınız, amma bu gün iki qol buraxdıq. Kalyaridə oynamaq və qalib gəlmək həmişə çətindir. Əgər tərəqqi etmək və səviyyənizi yüksəltmək istəyirsinizsə, oyunları başa düşməlisiniz.
Fasilə zamanı hamını, o cümlədən mən də əvəzləmək gərək idi. Çempionlar Liqası bölgəsinə daxil olmaqmı? Azacıq səbrli olmaq gərkdir, stəkanın yarısı doludur. İtaliya Kubokumu? Söhbət kəffarədən yox, finala çıxmaqdan gedir”, – jurnalist Canluka Di Martsionun saytı italyan mütəxəssisdən sitat gətirir.
33 oyundan 64 xal toplamış “Yuventus” A Seriyasının yarış cədvəlində 3-cü, “Kalyari” isə 32 xalla 13-cü pillədə qərarlaşıb. A Seriyasına 32 oyundan 83 xalla “İnter” başçılıq edir.