Alleqri: “Təcrübəsizliyimizi göstərdik”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “byankoneri”nin A Seriyasının 27-ci turunda “Napoli”yə səfər məğlubiyyətini (1:2) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Uşaqlar yaxşı oynadılar, istifadə etmədiyimiz imkanlarımız oldu. Bütün bunlar prosesin bir hissəsidir, tərəqqinin bir hissəsidir, böyük oyunlarda düzgün tarazlığı axtarırıq. Təcrübəsizliyimizi göstərdik”, deyə Alleqri vurğulayıb.

27 turdan sonra “Yuventus” A Seriyasının yarış cədvəlində 57 xalla 2-ci, “Napoli” isə 43 xalla 7-ci pillədə qərarlaşıb. A Seriyasına 26 oyundan 69 xalla “İnter” başçılıq edir.