Alleqri: “Yenidən yolumuza qayıtmalı və böhrandan tez çıxmalıyıq”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “byankoneri”nin A Seriyası 23-cü tur mərkəzi oyununda “İnter”ə məğlubiyyətini şərh edib.

Arena.az məlumat verir ki, italyan mütəxəssis 0:1 hesablı səfər məğlubiyyətini “Qoca sinyora” üçün çətin dövrdən çıxmağa həlledici amil kimi görür:

“Biz öz yolumuzla getməyə davam etməliyik. Bu gün çətin oyun oldu. İndi bu mənfi dönəmi yaxşıca qısaltmalı və “Udineze” ilə oyunda müvafiq axara qayıtmalıyıq. “İnter”in təcrübəsi daha çoxdur. “Yuventus” üç ildir ki, belə oyunlar keçirmir və biz bunun əvəzini ödədik. Bütün bunlar tərəqqi prosesinin bir hissəsidir. İndi yenidən yolumuza qayıtmalı və böhrandan tez çıxmalıyıq”, deyə Alleqri bildirib.

Qələbə sayəsində “İnter” “Yuventus”un 17 oyunluq (13 qələbə, 4 heç-heçə) məğlubiyyətsizlik silsiləsini qırıb. “Neradzurri” özü isə 16 oyunluq (13 qələbə, 3 heç-heçə) məğlubiyyətsizlik silsiləsini sürdürür.

Hazırda “İnter” A Seriyasında keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinin vahid lideridir. 22 oyundan 53 xal toplamış “Yuventus” isə 2-ci pillədə qərarlaşıb.