Almaniya Bundesliqasında ən çox maaş alan futbolçu bəlli oldu

Almaniya nəhəngi “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqasında ən çox maaş alan futbolçudur.

Arena.az bu barədə Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ingilis futbolçunun maaşı vergilərə qədər ayda 2,1 milyon avro məbləğindədir.

Almaniya Bundesliqasında ən yüksək maaş alan futbolçular arasında 2-ci yeri “Bayern”in əfsanələri – alman hücumçu Tomas Müller və alman qapıçı Manuel Noyer bölüşürlər. Hər iki futbolçunun “Bayern”dən qazancı 1,66 milyon avro məbləğindədir.

Siyahıda 3-cü yerdə yenə iki “Bayern”li oyunçu yer alıb. Almaniyalı sağ vinger Serj Qnabri və fransalı sol vinger Kinqsli Koman ayda 1,42 milyon avro məbləğində maaş alırlar.