Bu gün futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu – 34-cü turun bütün oyunlarına eyni saatda start verilib.
Çempionluğu təmin edən “Bayern” bu turda “Volfsburq”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
“Arminiya” – “Leypsiq” və “Maynts” – “Ayntraxt” matçları da heç-heçə bitib.
İkinci pillədəki “Borussiya” isə Dortmundda “Herta”nı sınağa çəkib. Meydan sahibləri bu oyundan əzmkar qələbə ilə ayrılıblar.
“Auqsburq” “Qroyter”i, “Bayer” “Frayburq”u, Mönxenqladbax “Borussiya”sı “Hoffenhaym”ı, “Union Berlin” “Bohum”u, “Ştutqart” “Köln”ü məğlub yola salıb.
Son turun nəticələrindən sonra əsas Bundesliqanı tərk edən daha bir klub müəyyənləşib. Bu, “Arminiya”dır. Komanda Bundesliqanın sonuncu turunda “Leypsiq”lə heç-heçədən sonra mövsümü 28 xalla 17-ci pillədə başa vurub. 33 xalla 16-cı yeri tutan “Herta” isə elitada qalmaq üçün pley-offda oynayacaq. Daha əvvəl sonuncu yerdə olan “Qroyter”in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.
Beləliklə, Almaniya Bundesliqasında çempion “Bayern”lə yanaşı, əsas izləyiciləri Dortmund “Borussiya”sı, “Bayer”, və “Leypsiq” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Union Berlin”lə “Frayburq” Avropa Liqasına, 7-ci olan “Köln” isə Konfrans Liqasına vəsiqə qazanıb.
Almaniya Bundesliqası
34-cü tur
14 may
Arminiya – Leypsiq 1:1
Qol: Serra, 70 – Orban, 90+3.
Auqsburq – Qroyter 2:1
Qol: Kaliciuri, 11. Qreqoritş, 84 – Nqankam, 24.
Bayer – Frayburq 2:1
Qol: Alario, 54. Palasios, 90+7 – Haberer, 88.
Borussiya (Dortmund) – Herta 2:1
Qol: Haland, 68-pen. Mukoko, 84 – Belfodil, 18-pen.
Borussiya (Mönxenqladbax) – Hoffenhaym 5:1
Qol: Ştindl, 26. Plea, 44. Hofmann, 45+1; 68. Embolo, 53 – Kramariç, 3.
Volfsburq – Bayern 2:2
Qol: Vind, 45. Kruse, 58 – Stanişiç, 17. Levandovski, 40.
Maynts – Ayntraxt 2:2
Qol: İnqvartsen, 10; 49 – Tuta, 26. Borre, 35.
Union Berlin – Bohum 3:2
Qol: Promel, 5. Avoniyi, 25; 88 – Zoller, 55. Louen, 79.
Ştutqart – Köln 2:1
Qol: Kalaydziç, 12. Endo, 90+2 – Modeste, 59.


