“Transfermarkt” internet-portalı ilin yekun yenilənməsi əsasında Almaniya Bundesliqasının ən bahalaşmış oyunçularını açıqlayıb.
Arena.az məlumat verir ki, ilk onluğun zirvəsində transfer dəyəri 20 milyon avro məbləğində bahalaşaraq, 60 milyon avro məbləğə yüksəlmiş, Frankfurt “Ayntraxt”ının misirli mərkəz hücumçusu Ömər Marmuş qərarlaşıb.
Almaniya Bundesliqasının ən bahalaşmış oyunçularının ilk onluğunu təqdim edirik:
- Ömər Marmuş, “Ayntraxt”, Frankfurt (+20 milyon avro) – 60 milyon avro;
- Jeymi Bayno-Qittens, “Borussya”, Dortmund (+15 milyon avro) – 50 milyon avro;
- Camal Musiala, “Bayern” (+10 milyon avro) – 140 milyon avro;
- Florian Virts, “Bayer” (+10 milyon avro) – 140 milyon avro;
- Kastello Lyukeba, “Leypsiq” (+10 milyon avro) – 50 milyon avro;
- Uqo Ekitike, “Ayntraxt”, Frankfurt (+10 milyon avro) – 40 milyon avro;
- Yonatan Burkardt, “Maynts” (+10 milyon avro) – 25 milyon avro;
- Tom Bişof, “Hoffenhaym” (+8,5 milyon avro) – 12 milyon avro;
- Feliks Nmeça, “Borussiya”, Dortmund (+8 milyon avro) – 28 milyon avro;
- Huqo Larsson, “Ayntraxt”, Frankfurt (+7 milyon avro) – 35 milyon avro.