Almaniya millisinin yeni baş məşqçisi rəsmən açıqlandı

Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu vəzifəyə Hansi Flik gətirilib.

Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Son mövsümdə “Bavariya”nı çempion edən və Münhen klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik AÇ-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. O, indiki baş məşqçi Yoahim Lövü əvəzləyəcək. 61 yaşlı mütəxəssis 2006-cı ildən Almaniya millisini çalışdırırdı.