Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın sonuncu qalibi “Bayern”lə Almaniya kubokunun sahibi “Leypsiq” komandaları qarşılaşıb.
“Leypsiq”in ev oyunlarını keçirdiyi arenada baş tutan görüş məhsuldar alınıb. 8 qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb – 5:3.
“Bayern”in heyətində Camal Musiala (14), Sadio Mane (31), Benjamen Pavar (45), Serj Qnabri (66) və Leroy Sane (90+8) fərqlənib. “Leypsiq”in qollarını isə Marsel Halstenberq (59), Kristofer Nkunku (77) və Daniel Olmo (89) vurub.
Beləliklə, “Bayern” ardıcıl 3-cü, bütövlükdə isə 10-cu dəfə Almaniya Super Kubokunun qalibi olub. Münhen təmsilçisi bu baxımdan rekordçudur. İkinci yerdə 6 dəfə Super Kubok qazanmış Dortmund “Borussiya”sı var.