Türkiyənin “Altay” komandasının baş məşqçisi Sərkan Özbalta ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib. Buna komandanın uğursuz nəticələri səbəb olub. 30 turdan sonra 29 xal toplayan “Altay” Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Sərkan Özbalta yanvarın 27-də komandanın baş məşqçisi təyin olunub.