Madrid “Atletiko”sunun ispan mərkəz hücumçusu Alvaro Morata İtaliyanın “Roma” klubuna keçmək qərarına gəlib.
Arena.az bu barədə “Corriere dello Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “canavar”lar hücumçuya illik 4,5 milyon avro məvaciblə 4 illik müqavilə təklif ediblər. Moratanın müvafiq şərtlərlə razılaşdığı bildirilir.
Yaxın vaxtlarda “Roma” təmsilçilərinin məsələ ilə əlaqdədar “Atletiko” rəhbərliyi ilə əlaqə saxlayacaqları və transfer üçün mümkün variantları müzakirə edəcəkləri vurğulanır. Böyük ehtimalla, romalılar ispan hücumçunu 12 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürəcəklər.
Geridə qalmış 2022/2023 mövsümündə Alvaro Morata “Atletiko”nun heyətində 45 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Alvaro Moratanı 20 milyon avro məbləğində qiymətləndirir.