Amerika Kuboku: Braziliya Kolumbiyaya da qalib gəldi

Braziliyada təşkil olunmuş futbol üzrə Amerika Kuboku davam edir. Arena.az xəbər verir ki, bu gün B qrupu çərçivəsində daha iki görüş baş tutub.

Braziliya yığması Kolumbiya seçməsi ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç braziliyalıların qələbəsi ilə bitib.

Qrupun digər matçı Ekvador və Peru yığmaları arasında baş tutub. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

Amerika Kuboku
B qrupu
24 iyun

Ekvador – Peru 2:2
Qol: Tapia, 23-öz qapısına. Presiado, 45+3 – Lapadula, 49. Karrilyo, 54.


Braziliya – Kolumbiya 2:1
Qol: Firmino, 78. Kazemiro, 90+10 – L.Dias, 10.


Braziliya – 9, Kolumbiya – 4, Peru – 4, Ekvador – 2, Venesuela – 2.