Amerika Kubokunda ilk qolsuz heç-heçə

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş futbol üzrə sayca 47-ci Amerika Kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

A qrupunun ikinci matçında Çili yığması Peru kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz başa çatıb.

Xatırladaq ki, Amerika Kubokunun açılış oyununda son dünya çempionu Argentina millisi Kanada yığmasına qalib gəlmişdi – 2:0.

Sabah – iyunun 23-də B qrupu çərçivəsində iki oyun keçiriləcək. Ekvador yığması Venesuela ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 02:00-da start veriləcək. Bundan 3 saat sonra isə Meksika – Yamayka matçının start fiti səslənəcək.

Amerika Kuboku
A qrupu

22 iyun

Peru – Çili 0:0