Amerika Kubokunun bütün iştirakçıları bəlli oldu

Bu il Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunacaq futbol üzrə Amerika Kubokunun bütün iştirakçılarının adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Kosta-Rika və Honduras yığmaları arasında baş tutmuş matçda turnirin sonuncu iştirakçısı müəyyənləşib.

Kuboka vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib və qitə birinciliyində iştirak hüququ qazanıb.

Beləliklə, 2024-cü ilin Amerika Kubokunda bu 18 komanda aşağıdakı qruplarda mübarizə aparacaq:

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.

Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.

Qrup mərhələsi iyunun 20-dən iyulun 2-nə qədər davam edəcək. Ardınca iyulun 4-dən 6-na qədər 1/4 final qarşılaşmaları baş tutacaq. 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Final oyunu iyulun 14-də Mayamidə baş tutacaq.