Amil Yunanov: “Millidən dəvət gələrsə, sevinərəm”

“Kəpəz”in hücumçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az-a müsahibə verən 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbəsi ilə bağlı danışıb:

  • Oyunla bağlı təəssüratlarınız necədir?
  • Çətin və maraqlı oyun oldu. Şükürlər olsun ki, qələbə qazandıq. Çalışıb, bu qələbələrin davamını gətirmək istəyirik.
  • “Araz-Naxçıvan”a nəyin sayəsində qalib gəldiniz?
  • Kollektiv olaraq birləşib, mübarizə apardıq. Sona kimi vahid bir komanda kimi yaxşı mübarizə aparanda, nəticələr də olur.
  • Millinin mart ayındakı toplanışına dəvət gözləyirsiniz?
  • İndi əsas fikrimi klubdakı çıxışıma yönəltmişəm. Amma millidən dəvət gələrsə, sevinərəm.

Xatırladaq ki, Amil Yunanov sözügedən matçın 63-cü dəqiqəsində meydana daxil olub və 69-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.

Nahid Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaş: