Amorim Lion “Olimpik”i ilə oyundan gözləntisini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, potuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, həqiqətən vacibdir. Təkrar edirəm, bu, “Mançester Yunayted” üçün ən vacib məqam deyil, çünki bizim hələ çox işimiz var, amma siz də görürsünüz ki, cari mövsümdə Avropa Liqası həqiqətən vacibdir. Biz növbəti mövsümün Çempionlar Liqasına düşə bilərik, nəsə qazana bilərik, odur ki, biz növbəti mərhələyə keçməyə çalışacağıq”, deyə Amorim vurğulayıb.

Komandalar arasında ilk oyun aprelin 10-da Lionda baş tutacaq. Aprelin 17-də isə “qırmızı şeytanlar” Lion “Olimpik”ini Mançesterdə qəbul edəcəklər.