“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” əsas vaxtı 2:2 hesabı ilə başa çatmış ev oyununun əlavə vaxtında 5:4 hesabı ilə qazanıblar.
Oyunun gedişində 2:0 hesablı üstünlükdən 2:4 hesablı “uçuruma” yuvarlanmış “qırmızı şeytanlar” geri-dönüş edərək, yekunda 5:4 heablı qələbəyə seviniblər.
Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Möhtəşəm axşamdır. Oyunçularım çox yorulublar. Hesab 2:4 olduqda, düşünmək olardı ki, hər şey bitib. Biz azlıqda idik. Amma belə oyunlarda sona qədər oynamaq gərəkdir. Stadiondakı ab-hava möhtəşəm idi. Kimsə futbol köynəklərini və şərfləri kolleksiya toplayır, mən isə tribunalrdan eşidilən səs-küyü səs-küyü özümlə götürmək istərdim. Bu, dünyada ən yaxşı səsdir! Hesab 2:4 olarkən tıxac səbəbilə oyundan getmiş azarkeşlərə acıyıram. Onlar aşıq-aşkar pərişan olacaqlar”, – UEFA-nın mətbuat xidməti portuqal mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Lionda keçirilmiş ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Yarımfinala vəsiqə qazanmış “Mançester Yunayted” Bilbao “Atletiki”i ilə qarşılaşacaq.
Vurğulayaq ki, bu iki komanda cari mövsüm Avropa Liqasının qalibi adına əsas namizədlərdir.