“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın 15-ci turunda “Nottingem Forest”ə ev məğlubiyyətini (2:2) şərh edib.
Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çətin oyun oldu. Başlanğıc çox pis alındı, ilk məqamdaca qol buraxdıq. Sonra oyuna nəzarəti ələ aldıq və çoxlu fürsətlərimiz oldu. Biz meydanın son üçdə birində daha yaxşı oynamağa başladıq, ondan sonra da hesabı bərabərləşdirdik. Ancaq ikinci hissəyə çox zəif başladıq. Daha iki qol buraxdıq. Sonra geri-dönüş üçün müxtəlif xüsuslar üzərində işləməyə çalışdıq, amma bu, çox yaxşı olmadı.
Başladığımız işə davam etməliyik. Bu uzun bir yoldur. Biz bəzi baxışlarda inkişaf edirik və qalib gəlməliyik ki, tərəqqimiz olsun. Hələlik biz genişmiqyaslı bir səyahətin başlanğıcındayıq və hər bir xüsusa diqqət yetiririk”, deyə Amorim vurğulayıb.
15 turdan sonra 19 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Nottingem Forest” isə 25 xalla 5-ci yerdədir. Premyer Liqaya 14 oyundan 35 xalla “Liverpul” başçılıq edir.


