“Mançester Yunayted”in baş məşqsisi Ruben Amorim ingilis hücumçu Markus Raşfordun kluba mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.
Arena.az xatırladır ki, “Mançester Yunayted” cari ilin fevral ayında öz məzununu mövsümün sonuna qədər müddətə “Aston Villa”ya icarəyə verib.
“Raşfordun qayıdışı? Mən Markusu çox yaşı tanıyıram, hamı da onun hansı istedada malik olduğunu bilir. Odur ki, mən bu haqda artıq danışmışam. O, istəsə, yüksək səviyyəli oyunçudur. Odur ki, mən onun çıxışlarına təəccüblənmirəm. O, özünü icarədə yaxşı hiss edir, bu, bizim üçün artıq yaxşıdır”, – Ruben Amorim vurğulayıb.
Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvar ayından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edirdi. Raşfordun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 64 məhsuldar ötürmədən ibarətdir.
“Aston Villa”da isə Raşford 10 oyuna 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.
Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.