Anar Nəzirov – “Zirə”də 100-ü görən 3-cü futbolçu!

Premyer Liqada mübarizə aparan “Zirə”nin qapıçısı Anar Nəzirov paytaxt təmsilçisinin heyətində 100-cü çempionat oyununu keçirib. Arena.az xəbər verir ki, 28 yaşlı qapıçının yubileyi Azərbaycan Premyer Liqasının 34-cü turuna təsadüf edib.

Təcrübəli qolkiper “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub.

Nəticədə Anar klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Ona qədər yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.

2015-19-cu illər aralığında da “Zirə”nin formasını geyinən Nəzirov 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.

Xatırladaq ki, Nəzirov “qartallar”ın heyətində ilk çempionat qarşılaşmasına 2015-ci il avqustun 9-da çıxıb. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.

Nəzirov “Zirə”də bütövlükdə 108 oyun keçirib. O, bu görüşlərdə 123 qol buraxıb, cəmi 37 matçda qapısının toxunulmazlığına qoruya bilib. Milli komandamızın da üzvü olan qolkiper karyerası ərzində “Qəbələ” (75 oyun, -110 qol), “Turan Tovuz” (26 oyun, -30 qol) və “Sumqayıt”da da (17 oyun, -28 qol) forma geyinib. O, Azərbaycan milli komandasında cəmi 4 matç keçirib.