Azərbaycan Basketbol Liqasında yeni mövsümə uğursuz start vermiş “Neftçi”də baş məşqçisi Anar Sarıyev postunu tərk edib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Anar Sarıyev 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və kişilərdən ibarət yığmanın köməkçi məşqçisi kimi işlərinin çoxluğunu əsas gətirərək, öz qərarı ilə postunu tərk edib. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Neftçi” İdman Klubu Anar Sarıyevə komandadakı fəaliyyətinə görə minnətdarlığını bildirib və ona gələcək işlərində uğurlar diləyib.
Xatırladaq ki, “ağ-qaralar” ötən mövsüm Anar Sarıyevin rəhbərliyi altında Azərbaycan kubokunu qazanıb. Bu mövsüm isə “Neftçi” uğursuz çıxış edir. Azərbaycan Basketbol Liqasının A qrupunda mübarizə aparan komanda 3 turdan sonra 3 xalla sonuncu yerdədir.