Son olaraq Niderlandın “Telstar” klubunda çıxış etmiş Mərakeş əsilli yarımmüdafiəçi Anass Najah bundan sonra “Səbail”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Niderlandda dünyaya göz açmış Anass Najah peşəkar karyerasına “Valveyk” klubunda başlayıb. O, 2017-ci ildən “Telstar”ın formasını geyinirdi. O, Niderland təmsilçisində 163 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Səbail” daha öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pana, Pedro Nuno, Aleksandr Ramalinqom və Adi Mehremiçi də transfer etmişdi. Paytaxt klubunda Vüqar Həsənov, Cabir Əmirli və Samir Abdullayevlə də yeni müqavilə imzalanıb.
Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk edib. Elmir Tağıyev də “Kəpəz”ə icarəyə verilib.