Anatoli Nuriyev oynadı, “Kolos” evdə xalsız qaldı

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.

“Kolos” 9 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.