Anatoli Nuriyev rəsmən Ukrayna klubunda

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra karyerasını Ukraynanın “Kolos” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Millimizin üzvü ilə Premyer Liqa təmsilçisi arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Anatoli yeni komandasında “11” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Anatoli Nuriyev son olaraq Ukrayna Premyer Liqasının digər iştirakçısı “Minay”da forma geyinib. Lakin sözügedən klub geridə qalan mövsümün nəticələrinə əsasən elitanı tərk etdiyi üçün, azərbaycanlı futbolçu da özünə yeni iş yeri axtarmaq məcburiyyətində qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: