Ançelotti “Barselona” ilə qarşıdakı “el klasiko” haqda danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 32-ci turunda “Barselona” ilə qarşıdakı “el klasiko”dan gözləntilərini paylaşıb.

Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz son oyunlarda parlaq çıxış edən çox rəqabətəqadir rəqibə qarşı oynayırıq. Həmişə olduğu kimi çətin və bərabər oyun olacaq. Bu, La Liqa çempionluğuna yaxınlaşmaq üçün əla fürsətdir, amma bunun nə qədər çətin olacağını bilirik, çünki “Barselona” hələ də bunun üçün mübarizə aparır.

Biz yaxşı bərpa olduq, amma əlavə günə ehtiyac duyacaq futbolçular var – məsələn, Mendi. Onların hamısı heyətdə olacaq. Ciddi fəsadlarımz yoxdur və çalışacağıq ki, ən yaxşı komandanı meydana çıxaraq. Mendi hələ bir az yorğundur, ona görə də ona əlavə istirahət vermək qərarına gəldik”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, oyun bu gün – aprelin 21-də Madridin “Santyaqo Bernabeu” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

31 oyundan 71 xalla “Real” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla 2-ci pillədə qərarlaşıb.