Ançelotti Bellingemin oyununda nələrin dəyişdiyini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ingilis yarımmüdafiəçisi Cud Bellingemin oyununda nələrin dəyişdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə Bazar günü keçirdiyi mətbuat toplantısında söhbət açıb:

“Son vaxtlar azacıq dəyişmiş xüsus, Bellingemin topsuz mövqeyidir. Bu, azacıq daha mərkəzi olub. Son oyunlarda o, müdafiədə oynayanda, biz onun mərkəzi mövqe tutmasına üstünlük verirdik. O, komandadakı dəyişikliklərə yaxşı qarşılıq verdi. Topla oyununda isə qətiyyən heç nə dəyişməyib”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, hücumameylli yarımmüdafiəçi Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib.

Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə isə Bellingem “Real” üçün bütün yarışlarda 22 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 65 oyun, 31 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: