Ançelotti “Borussiya”nın güclü tərəfləri haqda söhbət açdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalındakı rəqibi Dortmund “Borussiya”sının üstünlükləri haqda söhbət açıb.

Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bir növbəti dəfə finala yüksəldiyimiz üçün çox şadıq. “Borussiya” da “Real” kimi, burada olmağa layiqdir. Rəqibimiz mütəşəkkil, yığcam komandadır və heyətində mühüm oyunların gedişatını dəyişə bilən bir neçə parlaq şəxsiyyətə malikdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, komandalar Çempionlar Liqasının final oyunu çərçivəsində iyunun 1-də Londonun məşhur “Uembli” stadionunda üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.