Ançelotti: “Bu, mövsümdə ən yaxşı oyunumuz idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunun mərkəzi oyununda “Jirona” üzərində parlaq qələbəsini (4:0) şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu gün ehtiyat oyunçular skamyasında olmaq çox xoş idi, çünki bu, mövsümdə ən yaxşı oyunumuz idi. Həm müdafiədə, həm də topa sahibolmada yaxşı çıxış etdik, həm də keçid mərhələlərində rəqibə xeyli fəsadlar yaratdıq. Müdafiəçilərimizin başına gələn fövqəladə vəziyyət komandanın üzərinə əlavə müdafiə məsuliyyəti qoydu”, deyə Ançelotti razılıqla danışıb.

Qələbə sayəsində “Real” La Liqda mövqeyini möhkəmlədib. “Kral klubu” 61 xalla turnir cədvəlinin lideridir. “Jirona” isə 56 xalla 2-ci pillədə qalıb.