“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Arena.az “Sport.es” dərgisinə istinadən, italyan mütəxəssin bu barədə qənaətini təqdim edir:
“Çempionlar Liqasının bu oyunları çətin olacaq. Bunlar gözəl oyunlar olacaq, maraqlı və tarazlı. Biz “Atletiko” ilə son iki oyunda heç-heçə oynamışıq, bu isə hər iki komandanın keyfiyyətinin eyni olması deməkdir”, deyə Ançelotti vurğulayıb.
İtalyan mütəxəssis UEFA Çempionlar Liqasının cari mövsümünün favoriti ilə bağlı sualı da cavablayıb:
“İspaniya La Liqasından olan komandalar rəqabətəqadirdirlər. İtaliyadan artıq elə də çox komanda qalmayıb. İngiltərədən isə “Liverpul” özünü əntiqə göstərir”.
Əlavə edək, “Real” Çempionlar Liqasının cari çempionu olaraq mübarizə aparır.
“Kral klubu” Madrid “Atletiko”su ilə ilk oyunu martın 5-də evdə, cavab oyununu isə martın 13-də səfərdə keçirəcək.