İspaniya çempionu “Real”ın baş məşqçisi Karlo Ançelotti həddindən artıq yüklənmiş futbol təqvimindən danışıb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu problemin həlli yolu kimi futbolçulara fərdi istirahət verməyə hazırlaşdıqlarını dilə gətirib:
Ançelottinin bu barədə fikrini təqdim edirik:
“Futbolçuların istirahətə, tətilə ehtiyacı var. Futbolçulara fərdi tətillər verməyi düşünürük. Futbolçu bir həftə oynaya bilməyəcək və ailəsi ilə birlikdə istirahətə yollanacaq”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.