Ançelotti: “Jirona”nın xəyalı böyükdür”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə qarşıdakı ev oyunu haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Jirona”nın xəyalı böyükdür. Onların bura gəlmək üçün ilham mənbəyi var. Onlar oyunda qalib gələ və La Liqada lider ola bilərlər. Bunu nəzərə almalıyıq. Onların Madriddə yer kirayələmək üçün kifayət qədər pulları var, baxmayaraq ki, bu, ucuz olmayacaq”, deyə Ançelotti rəqibin döyüşkən ruhda olduğuna diqqət yönəldib.

La Liqanın 23 turundan “Real” 58 xalla turnir cədvəlinin lideridir. “Jirona” isə 56 xalla “Kral klubu”nu təqib edir.

Komandalar arasında oyun 24-cü turun mərkəzi oyunu kimi əlamətdar olacaq. Oyun bu gün, fevralın 10-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.