Ançelotti: “Mən “Liverpul”u çalışdırmaq istəyirdim…”

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti bildirib ki, “Liverpul”u çalışdırmaq arzusunda olub.

Arena.az “Goal” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən “Liverpul”u çalışdırmaq arzudunda idim, amma sonra mən “Everton”da oldun və onların rəqabətini hiss etdim, indi mən tamamilə “Everton”un pərəstişkarıyam. Mənə şərait çox xoş gəldi, çünki orada rənglərə inanılmaz şövq yaşanır”.

Xatırladaq ki, italiyalı mütəxəssis “Everton”u 2019-2021-ci illərdə çalışdırıb.

Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdan italiyalı məşqçi indiyədək “qaymaqlılar”ı çalışdırır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Ançelotti “Real”ı 345 oyuna çıxarıb, 247 qələbə, 48 heç-heçə, 50 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 830:339 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

“Real” 31 oyundan 66 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.