“Real”ın baş məşqçisi Karlo Ançelotti ÇL-in ilk 1/4 final oyunu ərəfəsində komandasının “Mançester Siti” üzərindəki üstünlüyünü açıqlayıb.
Arena.az “Sports.es” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu, müasir futboldur. Bizim təqvimimiz mənə daha xoş gəlir, hazırlaşmağa daha çox günümüz var. Bu baxımdan, “Mançester Siti” ilə müqayisədə təvqimlə bağlı azacıq üstünlüyümüz var”, deyə Ançelotti vurğulayıb.
“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə, cavab oyunu isə aprelin 17-də Mançesterdə baş tutacaq.
Xatırladaq ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” “Real”ı ümumi hesabda 5:1 hesabı ilə məğlub edərək yarışın finala vəsiqə qazanmışdılar. Səfərdə baş tutmuş oyunda qalib müəyyənləşməmişdisə (1:1), “şəhərlilər” evdə 4:0 hesabıyla üstün olmuşdular. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.
Çempionlar Liqasının 2021/2022 mövsümündə isə “Real” 1/4 final mərhələsində “Mançester Siti”ni ümumi hesabda 6:5 hesabı (səfərdə: 3:4, evdə: 3:1) ilə məğlub edərək, sonda çempionluğu bayram etmişdi. “Real”ın Madriddə ümumi hesabı öz xeyrinə həll etdiyi cavab oyunu dramatikliyi ilə yadda qalmışdı. Həmin oyunda “kral klubu” əsas vaxtın son saniyələrində əzmkarlıqla oyunda geri dönüş etmiş, əlavə vaxta isə oyunun taleyini öz xeyrinə həll edə bilmişdi – 3:1.