Ançelotti “Mançester Siti”ni məğlub etməyin yolunu açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə cavab oyunu haqda danışıb.

Arena.az AS dərgisiniə istnaədn məlumat verir ki, italyan mütəxəssis bu xüsusda çox qısa açıqlaması ilə diqqət çəkib:

“Mançester Siti” fiziki cəhətdən çox güclüdür. Biz oyunu əhvalımızla qazanmağa hazırlaşırıq”, deyə Ançelotti qısaca bildirib.

Xatırladaq ki, “Real” son oyununda La Liqa çərçivəsində “Malyorka”nı 1:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real” “Sanyaqo Bernabeu”da “Mançester Siti” ilə 3:3 hesablı heç-heçə oynayıb. Cavab oyunu aprelin 17-də Mançesterdə, “Etihad” stadionunda keçiriləcək.

“Mançester Siti” Çempionlar Liqasının cari qalibidir. “Şəhərlilər” ötənilki yarışın həlledici oyununda “İnter”i çətinliklə 1:0 hesabı ilə məğlub edərək, ilk dəfə Çempionlar Liqasının qalibi olmuşdular.