Ançelotti MS üzərində qələbəni şərh etdi: “Mükəmməl oyun oldu”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” üzərində əzmkar səfər qələbəsini şərh edib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda hesabda iki dəfə geri düşmüş “qaymaqlılar” geri-dönüş edərək, oyunun təzminat vaxtında (90+2-ci dəqiqə) vurduqları qolla 3:2 hesablı qələbəyə seviniblər.

Ançelotti matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əlbəttə, mən sakit və razıyam. Biz iki oyundan birincisində yaxşı çıxış etdik, kiçik bir üstünlük əldə etdik və indi bizi cavab oyunu gözləyir. Oyun yaxşı keçdi. Bu, hər mənada mükəmməl bir oyun oldu: biz yaxşı müdafiə olunduq. Futbolçularımızın hamısı səylə çalışdılar. Biz hücumda da səmərəli fəaliyyət göstərir, çoxlu fürsətlər yaradırdıq. Biz təslim olmadıq.

Qələbəmiz layiqlidir. Biz çox təhlükəli surətdə hücum edirdik, bizim dördlüyümüz çox səmərəli fəaliyyət göstərirdi. Daha böyük uğura müvəffəq ola bilərdik, fürsətlər hərəkiliyimiz və ustalığımız sayəsində yaranırdı. Mən, yaxşı müdafiə olunduğumuzu qeyd etmək istərdim. Bir-iki dəfə biz ağlasığmaz təzyiq göstərməyə qalxdıq və cəzalandıq”, deyə italyan mütəxəssis oyunsonrası mətbuat toplantısında bildirib.

Karlo Ançelotti “Mançester Siti” ilə cavab oyunu haqqında da fikrini açıqlayıb:

“Cavab oyunu? Vəziyyət elə, əvvəl olduğu kimidir. “Mançester Siti”nin məğlubiyyəti, onların növbəti oyunda necə oynamaq barədə fikirlərini dəyişməyəcək. Hə, elə, bizim təsəvvürümüzü də. Bu, sadəcə kiçik bir üstünlükdür. Biz ikinci oyuna çox yaxşı hazırlaşmalıyıq. “Şəhərlilər” yaxşı idilər. Bizim yolumuz belədir. Mövsüm indi-indi başlayır”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Real” “Mançester Siti”ini fevralın 19-da Madriddə qəbul edəcək.